Hücuma keçən rus ordusuna beş istiqamətdə ağır zərbə – Darmadağın edildi

Hücuma keçən rus ordusuna beş istiqamətdə ağır zərbə – Darmadağın edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna müdafiə qüvvələri gün ərzində Rusiya ordusunun 60-dan çox hücumunu dəf edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ruslar əsas səylərini Kupyan, Liman, Baxmut, Avdiv və Marin istiqamətlərinə yönəldiblər.

Belarusla sərhəddə durum ciddi formada dəyişməyib. Amma Rusiya hərbi qüvvələri Belarusda döyüş hazırlığını davam etdirir.

Rusiya qoşunları gün ərzində Kupyan və Liman istiqamətlərində uğursuz hücum əməliyyatları keçirib.

 

Rusiya Donetsk vilayətinin Baxmut şəhərinə, Boxdanivka və İvanovka rayonlarına hücumu davam etdirir. Şaxtyor, Avdiv və Marin istiqamətlərindəki hücum əməliyyatları uğursuzluqla nəticələnib.

Bundan başqa, son sutka ərzində Ukrayna Hərbi Hava Qüvvələri işğalçıların cəmləşdiyi ərazilərə üç dəfə zərbələr endirib. Nəticədə rusların 1 idarəetmə məntəqəsi, canlı qüvvəsi, silah və hərbi texnikasının cəmləşdiyi 4 məntəqə, elektron döyüş stansiyası, sursat anbarı və radiostansiya sıradan çıxarılıb.