Hörmüz boğazı bağlıdırmı?

Hörmüz boğazı bağlıdırmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünəndən etibarən İran Hörmüz boğazını tamamilə bağladığını bəyan edib. Tribuna.az xəbər verir ki, rəsmi Tehran onların icazəsi olmadan heç bir gəminin boğazdan keçəcəyinə icazə verməyəcək.

Dünən həmçinin İran parlamenti Hörmüz boğazı ilə bağlı qanun layihəsini təqdim edib. Məqsəd olaraq Hörmüz boğazı və Fars körfəzinin təhlükəsizliyinin və davamlı inkişafının təmin edilməsi göstərilir.

İranın XİN başçısı Abbas Ərqaçı isə deyib ki, Tehran həmişə Hörmüz boğazına nəzarət edib. “Və gələcəkdə də nəzarətini davam etdirəcək”.

Lakin ABŞ tərəfi bu məlumatı təkzib edib. Bu ölkənin prezidenti Donald Tramp bildirib ki, boğaz açıqdır və yalnız İran gəmilərinə qadağa qoyulub.

Fərda Uğur