“Bitcoin” ucuzlaşdı

“Bitcoin” ucuzlaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərdə eniş müşahidə olunub.

Tribuna.az xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin” son 24 saatda 2,63% ucuzlaşaraq 77 621,18 ABŞ dollarına enib.

“Ethereum” 1,94% azalaraq 2 438,97 dollara, BNB 2,70% ucuzlaşaraq 690,04 dollara düşüb. “Bitcoin Cash” 6,77%, “Bittensor” isə 3,70% ucuzlaşıb. “Zcash” 1,30%, “Monero” isə 1,43% bahalaşıb.

Qızıl əsaslı kriptovalyutalarda da ucuzlaşma qeydə alınıb. “PAX Gold” (PAXG) son sutkada 2,44% azalaraq 4 461,17 dollara, “Tether Gold” (XAUT) isə 2,40% ucuzlaşaraq 4 458,11 dollara enib.

Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 2,21% azalaraq 2,62 trilyon dollara düşüb.