Aktrisa Xuraman Əlizadə sosial şəbəkədə ünvanına yazılan tənqidlərə əsəbiləşib.
Tribuna.az xəbər verir ki,o, canlı yayım zamanı görünüşü ilə bağlı yazılan mənfi rəylərə münasibət bildirib. Sənətçi bəzi insanların qadınların xarici görünüşünü tənqid etməsini sərt şəkildə qınayıb.
“Qohumum, tanışım baxır. Yazırsınız: donuz, balina… Canlı açıram ki, tort satım. Bəzi insanların ürəyi çox murdardır. Hər qadın gözəldir”, – deyə Xuraman Əlizadə bildirib.









