Tanınmış jurnalist Tural Müseyibov Kliniki Tibbi Mərkəzin (“Semaşko”) həyətində video çəkərək TƏBİB rəhbərliyinə müraciət ünvanlayıb.
Tribuna.az yeniavaz.com-a istinadən xəbər verir ki, o, sözügedən videonu öz sosial media hesabında yayıb.
O bildirib ki, ailə üzvünü səhhətindəki problemlə əlaqədar təcili olaraq Mərkəzə gətirib, lakin laqeydliklə qarşılaşıb:
“Bizi UZİ (USM – ultrasəs müayinəsi) üçün başqa poliklinikaya yönləndirdilər. Gecənin bu vaxtında korpuslarda axtarış edirik. Heç kim də yoxdur, soruşum ki, biz hara gedək? TƏBİB rəhbərliyinə müraciət edirəm, vaxtınız olanda buralara baş çəkin. Meşənin ortasında şöbə axtarıram, ayıbdır”.
Daha ətraflı:









