Yasamal İcra Hakimiyyəti 2 ton salofan, 2 ton emulsiya… alır

Yasamal İcra Hakimiyyəti 2 ton salofan, 2 ton emulsiya… alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yasamal İcra Hakimiyyəti daha bir tenderə yekun vurub.

Tribuna.az xəbər verir ki, qurumun Mənzil-Kommunal Təsərrüfatı Birliyi (MKTB) müxtəlif növ malların satın alınması prosesini həyata keçirəcək.

Məlumatda qeyd edilir ki, tenderin qalibi “NEOSOL” MMC olub. Tərəflər malların alınması üçün 154 min 627 manatlıq müqavilə bağlayıblar.

Qeyd edək ki, İcra Hakimiyyəti sözügedən məbləğə 600 kq ağ rəngli boya, 1 ton ağ fasad emulsiyası, 20 min ədəd həyət üçün kərmək, 20 ədəd təkərli kürək, 200 ədəd boyama üçün val, 200 ədəd boyama üçün val sapı, 2 ton qara salafan, 200 ədəd boya üçün kist, 350 ədəd zibil konteyneri, 300 ədəd qış, 300 ədəd yay üçün batinka alınacaq.

Fərda Uğur