Nepalda baş verən daşqın qurbanlarının sayı 616 nəfərə çatıb.
Tribuna.az xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları rəsmi məlumat yayıb.
Hazırkı mərhələdə xəsarət alanların sayının 2 301 nəfər olduğu vurğulanır. Axtarış-xilasetmə tədbirlərinə ümumilikdə 4 811 polis əməkdaşı cəlb edilib.
Xatırladaq ki, Nepal ərazisində şiddətli daşqınlar avqustun 26-da baş verib.









