Azərbaycan Premyer Liqası: III tura start verilir

Azərbaycan Premyer Liqası: III tura start verilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misli Premyer Liqasında III tura bu gün start veriləcək.

Tribuna.az xəbər verir ki, birinci oyun günündə iki matç keçiriləcək.

İlk olaraq “Qəbələ” “Şamaxı”nı qəbul edəcək. Qarşılaşma saat 18:00-da start götürəcək. Əvvəlki iki görüşdə uduzan meydan sahibləri 11-ci pillədə qərarlaşıb. Qonaqlar 1 xalla 7-ci yerdədir.

Günün ikinci oyununda “İmişli” “Şəfa”nın qonağı olacaq. Bu matç saat 20:15-də başlayacaq. Bölgə təmsilçisi 1 xalla 8-ci, paytaxt klubu 3 xalla 6-cı sıradadır.

 

Misli Premyer Liqası

 

I dövrə, III tur

 

29 avqust

 

18:00. “Qəbələ” – “Şamaxı”

 

Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Şirmamed Mamedov, Ruslan Quliyev.

 

VAR: Elvin Bayramov.

 

AVAR: Rahil Ramazanov.

 

Hakim-inspektor: Ramil Diniyev.

 

AFFA nümayəndəsi: İlham Əliyev.

 

Qəbələ şəhər stadionu

 

20:15. “Şəfa” – “İmişli”

 

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov.

 

VAR: Cavid Cəlilov.

 

AVAR: Kərim Zeynalov.

 

Hakim-inspektor: Ceyhun Haşımov.

 

AFFA nümayəndəsi: Anar Şıxəliyev.

 

“SOCAR Polymer Arena”

 

Xatırladaq ki, III turun digər qarşılaşmaları 30 və 31 avqustda keçiriləcək.