Bu ilki dövlət imtahan qəbulu prosesi Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin sonun iş ili ola bilər.
Tribuna.az xəbər verir ki, yaş və işin daha yaxşı təşkili ilə bağlı onunla yolların ayrılması qərarının verildiyi bildirilir.
Məlumatda deyilir ki, Məleykə Abbaszadə 2000-ci ildən bəri bu postu tutur. Və rəsmi dairələr 26 illik idarəçiliyin bitməsini məqbul hesab ediblər.
Mənbələr qeyd edir ki, 73 yaşlı DİM rəhbərini əvəzləyəcək şəxsin də adı məlumdur. Onların bildirdiyinə görə, yeni DİM rəhbəri Rüfət Eyvaz oğlu Əzizov olacaq. Belə ki, 1980-ci il doğumlu Əzizov hazırda ADNSU-nun rektoru vəzifəsini tutur. O, 2023-2025-ci illərdə Sumqayıt Dövlət Universitetinin rektoru, 2021–2023-cü illərdə isə Təhsil İnstitutunun direktoru vəzifəsində çalışıb.
Fərda Uğur









