Ankaradan Kiyevə SƏRT XƏBƏRDARLIQ: Səfir XİN-ə ÇAĞIRILDI

Ankaradan Kiyevə SƏRT XƏBƏRDARLIQ: Səfir XİN-ə ÇAĞIRILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Ankaradakı səfiri Nəriman Celal Qara dənizdə iki Türkiyə gəmisinə edilən hücumlardan sonra Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Tribuna.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat verib.

Görüş zamanı Türkiyə tərəfi baş vermiş insidentlərlə bağlı öz mövqeyini Ukrayna səfirinə çatdırıb.

Türkiyə XİN-dən Qara dənizdə insanların, əmlakın, gəmiçiliyin və ətraf mühitin təhlükəsizliyinin təmin edilməsinin vacibliyi vurğulanıb və müvafiq xəbərdarlıqlar olunub.

Xatırladaq ki, avqustun 26-da Türkiyə şirkəti tərəfindən istismar edilən “Lider Bordo Mavi” gəmisi Tuapse sahillərində hücuma məruz qalıb.

Növbəti gün isə zədələnmiş gəmini yedəyə almaq üçün göndərilən “L Kocatepe” gəmisinə də hücum edilib.