O da “Qarabağ”dan ayrıldı (FOTO)

O da “Qarabağ”dan ayrıldı (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”dan ayrılan daha bir futbolçunun adına aydınlıq gəlib.

Tribuna.az  QOL.az-a istinadən xəbərinə görə, braziliyalı müdafiəçi Dani Bolt artıq Azərbaycanı tərk edib. O, karyerasını Malayziya çempionatında davam etdirəcək.

27 yaşlı sağ cinah oyunçusu “Qarabağ”a 2025-ci ildə Portuqaliyanın “Torrense” klubundan transfer olunmuşdu.

Xatırladaq ki, yay transfer dövründə Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmae, Kevin Medina, Fabian Buntiç, Amin Ramazanov, Leandro Andrade, Kamilo Duran və Abdullah Zubir “Qarabağ”dan ayrılıb.