Nazir agentliyin sədrinə iki müavin təyin etdi etdi (FOTO)

Nazir agentliyin sədrinə iki müavin təyin etdi etdi (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində yeni təyinatlar olub.

“Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Məmmədov Fuad Hüseynağa oğlu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədr müavini təyin edilib.

F.Məmmədov bundan əvvəl adı dəyişdirilən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayevin müşaviri idi.

Fuad Məmmədov

Nazirin digər əmri ilə Paşayev Hüseyn Ələsgər oğlu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədr müavini təyin edilib.

Qeyd edək ki, Hüseyn Paşayev mərhum deputat Qənirə Paşayevanın qardaşıdır. O, bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktoru idi.

Qənirə Paşayeva 2023-cü ilin sentyabrın 23-ü səhhətində yaranmış ciddi problemlərlə əlaqədar Mərkəzi Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Q.Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən bütün zəruri tədbirlər görülüb. O, sentyabrın 28-i 48 yaşında vəfat edib və bir gün sonra İkinci Fəxri xiyabanda dəfn olunub.

Hüseyn Paşayev

Onu da qeyd edək ki, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayevdir.