Hepatit B tarixə qovuşur-VİDEO

Hepatit B tarixə qovuşur-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu günə qədər təhlükəli hesab edilən Hepatit B xəstəliyinin müalicəsində tarixi nailiyyət əldə olunub.

Tribuna.az xəbər verir ki, bu barədə məlumatı həkim qastroenteroloq-hepatoloq və endoskopist Rövşən İbişov paylaşıb.

O bildirib ki, uzun müddətdir bununla bağlı iş aparılırdı:

“Tibbdə yeni inqilab da adlandıra bilərik bunu. Hepatit B ilə bağlı artıq dərman istehsal olunub və xətlərimizi müalicəyə başlayacağıq. Çox güman ki, artıq Hepatit B tarixə qovuşur.

Bu xəstəlikdən əziyyət çəkənləri də təbrik edirəm. Artıq bu xəstəliyin müalicəsi tapıldı. Hepatit B xəstəliyini də Hepatit C kimi müalicə edərək aradan qaldırmaq mümkün olacaq”.

Həkimin sözügedən xəstəliyin müalicəsi ilə bağlı dediklərini təqdim edirik:

Gülşən Rəsul