HƏMAS-ın təhlükəsizlik xidmətinin rəhbəri öldürüldü

HƏMAS-ın təhlükəsizlik xidmətinin rəhbəri öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Ordusu və təhlükəsizlik xidməti Qəzzanın mərkəzi hissəsinə endirilən zərbələr zamanı HƏMAS-ın daxili təhlükəsizlik xidmətinin rəhbərini öldürüb.

Tribuna.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, xidmət rəhbəri Vael Musa Xaled Ladavi Qəzza zolağındakı Deyr əl-Bələh bölgəsindəki düşərgələrdən birində gizlənirdi.

“Ladavinin rəhbərlik etdiyi qurum HƏMAS-ın yüksək vəzifəli üzvləri üçün kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olurdu ki, bu da qərarların qəbul edilməsinə, eləcə də İsrailə qarşı terror əməliyyatlarının planlaşdırılmasına və həyata keçirilməsinə kömək edirdi”, – məlumatda qeyd olunub.