Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun həbsdən çıxdıqdan sonra ilk dəfə görüntüsü yayılıb.
Tribuna.az xəbər verir ki, sözügedən fotoları milli qəhrman İbad Hüseynov öz feysbuk səhifəsində paylaşıb.
Fotolarda onların birlikdəHeydər Əliyevin məzarını ziyarət etmələri əks olunub.
“Unudulmaz dahi liderimiz Heydər Əliyevin məzarını dostum, qardaşım Vəli Ələsgərovla birgə ziyarət etdik”, – İ. Hüseynov yazıb.
Qeyd edək ki, general-mayor V.Ələsgərov 15 il Naxçıvan MR-in milli təhlükəsizlik naziri olub. 2016-cı ildə həbs edilib, bu ilin sentyabrında azadlığa buraxılıb.













