İspaniya hökuməti “MV Hondius” kruiz gəmisində yayılan hantavirus infeksiyasına daha bir yoluxma halının aşkarlandığını bildirib.
Tribuna.az xarici mediaya istinadən xəbər verir ki, bununla da həmin virusa ümumi yoluxma sayı 13-ə çatıb.
Məsələ ilə bağlı “X” hesabında paylaşım edən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus vəziyyətin sabit olaraq qaldığını vurğulayıb.
Onun sözlərinə görə, mayın 2-də ÜST-ə ilk dəfə xəstəlik barədə məlumat verildikdən sonra hantavirusdan yeni ölüm halları qeydə alınmayıb.









