Xəbər verdiyimiz kimi, yol nəqliyyyat hadisəsində bir gəncin ölümünə, digərinin isə xəsarət almasına səbəb olmaqda və hadisə yerindən qaçmaqda təqsirləndirilən bloqer İlduzə Hacıyevaya (Arzum) 5 il 2 ay müddətə cəza verilib və o məhkəmə zalından həbs edilib. Bu barədə hökm Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə elan olunub.
Qərarın elanından sonra blogerin atası çox sərt danışıb və qarğış edib:
“Qarşı tərəflə danışmaq istəmirəm. Nə danışım onlarla? Hamısı qan qusacaq. Allahdan xahiş edirəm ki, qan qussunlar. İtkiləri var, lap betər olsunlar”.
Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb. İttihama görə, təqsirləndirilən qəzanı törətdikdən sonra hadisə yerini tərk edib.
İlduzə Hacıyeva Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması – ölümlə nəticələndikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham olunur.
Qəzanın görüntüləri hadisədən sonra sosial şəbəkələrdə də yayılıb.









