Haluk Leventdən “vida” məktubu: “Mən dələduz deyiləm” – Foto

Haluk Leventdən “vida” məktubu: “Mən dələduz deyiləm” – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli müğənni və “Ahbap” dərnəyinin yaradıcısı Haluk Levent həbs olunaraq cəzaçəkmə müəssisəsinə göndərildikdən sonra onun sosial şəbəkə hesabında “vida” məktubu paylaşılıb.

Tribuna.az Türkiyə mediasına istinadən xəbər verir ki, məktubda Haluk Levent özünə qarşı irəli sürülən ittihamlara münasibət bildirərək dələduz olmadığını vurğulayıb:

“Dostlar, mən dələduz deyiləm. Mən heç vaxt dələduzluğa görə məhkum olunmamışam. Bilirsiniz niyə? Çünki gec də olsa, hər kəsə borcumu iki-üçqat qaytarmışam. Qumar asılılığım zaman-zaman yenidən üzə çıxır.

Xüsusilə müflis olduğum, iflas etdiyim dövrlərdə qumar oynayıram və çox böyük borclara düşürəm. Qumar çox ağır bir xəstəlikdir.

Ümid edirəm ki, uşaqlar mənim həyatımdan dərs çıxararlar”.

Levent məktubunda daha sonra Türkiyənin ədliyyə naziri Akın Gürlekə də müraciət edib. O, bunları yazıb:

“İndi hörmətli nazir Akın Gürlekə səslənirəm. Sizə məhkəmə sistemində çalışan prokurorların, hakimlərin və vəkillərin taxdığı bir ləqəb var – ‘Əkbər’. Onlar sizdən o qədər qorxurlar ki, nə edəcəklərini bilmirlər…”

Qeyd edək ki, Haluk Leventin paylaşımı qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Məktubun tam mətni isə onun rəsmi hesabında yayımlanıb.

Məktubu təqdim edirik:

Gülşən Rəsul