GÜNÜN TƏQVİMİ: Messi dünya çempionatı ilə vidalaşacaq?

GÜNÜN TƏQVİMİ: Messi dünya çempionatı ilə vidalaşacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün dünya çempionatının qrup mərhələsində C və D qruplarında da növbəti mərhələyə çıxacaq komandaların adına tam aydınlıq gələcək.

Tribuna.az xəbər verir ki, günə D qrupunun matçları ilə start veriləcək.

Burada Fransanın 1/8 finala çıxdığı dəqiqləşsə də, digər 3 komanda Tunis, Avstraliya və Danimarkanın da şansları qalır.

C qrupunda isə 4 komandanın hamısı 1/8 finala vəsiqə əldə edə bilər. 23:00-da başlayacaq bu qrupun oyunlarında Argentina Polşa ilə qarşılaşacaq.

Bu görüş daha çox Polşa millisinin lideri Robert Levandovski və Argentina yığmasının ulduzu Lionel Messi arasındakı duel kimi də maraqla gözlənilir.

D qrupu

3-cü tur

19:00. Avstraliya – Danimarka

19:00. Tunis – Fransa

C qrupu

3-cü tur

23:00. Səudiyyə Ərəbistanı – Meksika

23:00. Argentina – Polşa