Göyçayda 14 yaşlı qızın toyu olacaq, DİN hərəkətə keçdi

Göyçayda 14 yaşlı qızın toyu olacaq, DİN hərəkətə keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Göyçay rayonunda 14 yaşlı qız ərə verilir.
TİA.AZ xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında yazaraq məlumat verib.
O bildirib ki, qız Ağsu rayonundan olan şəxslə evləndirilir:
“Göyçay Rayon İcra Hakimiyyətinə məlumat üçün bildirirəm ki, Göyçay rayon Çərəkə kəndinin 14 yaşlı sakininin sabah toyudur. Ağsuya ərə verilir. Kəndin icra nümayəndəsi də artıq icarəyə qab-qaşıq verib”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, məsələ nəzarətə götürülüb:
“Aidiyyəti qurumlar məlumatlandırılıb. Hazırda rayon polis şöbəsində müvafiq araşdırmalar aparılır, araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”.