Gəncədə 25 yaşlı gənc bıçaqlandı

Gəncədə 25 yaşlı gənc bıçaqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

2002-ci il təvəllülü Əli Məmmədov 1997-ci il təvəllüdlü Elşən Rəfiyevi qarın nahiyəsindən bıçaqlayıb.

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun verdiyi məlumata görə, hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbirlər həyata keçirilir.