“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC istifadəsində olan gəmini satışa təqdim edib.
Tribuna.az-ın məlumatına görə, Əmlak Komitəsi QSC-nin satmaq istədiyi gəmini hərraca çıxarıb. “Şəfəq” neft məhsullarının, çirkab, döşəməaltı suların və zibillərin qəbulu gəmisi üçün ilkin satış qiyməti 70.000 manat müəyyən edilib.
13 dekabr tarixində gəmi açıq hərracda satılacaq.
Nigar









