Futbol tarixinin rekord qıran transferləri (SİYAHI)

Futbol tarixinin rekord qıran transferləri (SİYAHI)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Futbol tarixinin ən bahalı transferlərinin siyahısı açıqlanıb.

Tribuna.az “Transfermarkt”a istinadən xəbər verir ki, hələlik ən bahalı transfer Neymar hesab olunur. Braziliyalı 2017-ci ildə “Barselona”dan PSJ-yə 222 milyon avroya transfer olunub.

İkinci pillədə Paul Poqba qərarlaşıb. Fransalı ulduz 2016-cı ildə “Yuventus”dan “Mançester Yunayted”ə 105 milyon avroya keçib.
İlk “üçlüy”ü Qaret Beyl qərarlaşıb. Uels millisinin üzvü 2013-cü ildə “Tottenhem”dən “Real”a 101 milyon avroya transfer olunmuşdu.
Bu günlərdə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə illik 200 milyon avroluq müqavilə imzalayan Kriştiano Ronaldo da rekordçular sırasındadı. Portuqaliyalı ulduz 2009-cu ildə “Mançester Yunated”dən “Real”a 94 milyon avroya keçmişdi.
1978: Paolo Rossi (“Yuventus”dan “Viçenza”ya) – 2.65 milyon avro
1979: Andi Qray (“Aston Villa”dan “Vulverhempton”a) – 3 milyon avro
1982: Dieqo Maradona (“Boka Xuniros”dan “Barselona”ya) – 8 milyon avro
1988: Layos Detari (“Ayntraxt Frankfurt”dan “Olimpiakos”a) – 8.7 milyon avro
1990: Roberto Baccio (“Fiorentina”dan “Yuventus”a) – 12.9 milyon avro
1992: Canluca Vialli (“Sampdoriya”dan “Yuventus”a) – 16.5 milyon avro
1996: Alan Şirer (“Blekbern”dən “Nyukasl”a) – 18 milyon avro
1997: Ronaldo (“Barselona”dan “Real”a) – 28 milyon avro
1998: Denilson (“San Paulo”dan “Betis”ə) – 31.5 milyon avro
1999: Kristian Vyera (“Latsio”dan “İnter”ə) – 46.48 milyon avro
2000: Ernan Krespo (Parma”dan “Latsio”ya) – 56.81 milyon avro
2000: Luiş Fiqo (“Barselona”dan “Real”a) – 60 milyon avro
2001: Zinəddin Zidan (“Yuventus”dan “Real”a) – 77.5 milyon avro
2009: Kriştiano Ronaldo (“Mançester Yunayted”dən “Real”a) – 94 milyon avro
2013: Qaret Beyl (“Tottenhem”dən “Real”a) – 101 milyon avro
2016: Paul Poqba (“Yuventus”dan “Mançester Yunayted”ə) – 105 milyon avro
2017: Neymar (“Barselona”dan PSJ-yə) – 222 milyon avro