Azərbaycanın Parisdəki səfirliyinə hücum edən şəxs Fransada həbs edilib.
Bakupost.az xəbər verir ki, bu barədə fransız tarixçisi Maksim Qauin özünün “Twitter” hesabında bildirib.
Onun sözlərinə görə, bu gün səhər saatlarında Paris polisi “Daşnaksütyun” Erməni İnqilabi Federasiyasının Fransadakı gənclər şöbəsinin keçmiş sədri, 2015-ci ildə “Charjoum” dissident qrupunun yaradıcılarından biri olan Loris Tufanyanı həbs edib.
“Yəqin ki, həbs Azərbaycan səfirliyindəki mədəniyyət mərkəzinə qarşı aksiya ilə bağlıdır”, – Qauin deyib.

Qeyd edək ki, bu ilin sentyabrında erməni radikal qruplaşması Azərbaycanın Fransadakı səfirliyinin mədəniyyət mərkəzinə basqın etməyə cəhd göstərib. Ermənilər mədəniyyət mərkəzinin binasına boya atıblar və polisin müdaxiləsi nəticəsində təxribatçılar hadisə yerindən uzaqlaşdırılıb.









