Fon der Lyayen: Avropa Ukrayna üçün pulu həftə sonunadək tapmalıdır

Fon der Lyayen: Avropa Ukrayna üçün pulu həftə sonunadək tapmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirib ki, Avropa liderləri bu həftə Brüsseldə keçiriləcək sammitdə Ukraynanın maliyyələşdirilməsi ilə bağlı qərar üzərində razılığa gəlməlidirlər.

Tribuna.az xəbər verir ki, Bu barədə Politico yazır.

Strasburqda Avropa Parlamentində çıxış edən fon der Lyayen qeyd edib ki, Ukraynanın 2026 və 2027-ci illər üçün maliyyə ehtiyacları təxminən 137 milyard avro təşkil edir. Onun sözlərinə görə, Avropa bu məbləğin üçdə ikisini, yəni 90 milyard avronu ödəməlidir.

“Avropa öz təhlükəsizliyinə görə məsuliyyət daşımalıdır. Biz hazır olmalıyıq. Avropa müdafiəsi baxımından Ukraynanın müdafiəsinə dəstəkdən daha vacib addım yoxdur. Qarşıdakı günlər həlledici olacaq”, – deyə fon der Lyayen vurğulayıb.

Avropa Komissiyasının prezidenti xatırladıb ki, Kiyevə maliyyə dəstəyi göstərilməsi üçün şəxsən iki fərqli variant təklif edib:
– dondurulmuş Rusiya aktivləri hesabına reparasiya krediti,
– Avropa İttifaqının birgə borclanması mexanizmi.

“Biz hansı yolu seçmək istədiyimizə qərar verməliyik. Amma bir məsələ aydındır: növbəti iki il üçün Ukraynanın maliyyələşdirilməsi ilə bağlı qərar bu Avropa Şurasında qəbul edilməlidir. Bu, Avropa ilə bağlı təsəvvürlərin köhnəldiyi ilk hal deyil”, – deyə fon der Lyayen bildirib.

Sonuncu fikir ABŞ prezidenti Donald Trampın bir həftə əvvəl səsləndirdiyi tənqidlərə cavab kimi dəyərləndirilə bilər. Tramp Avropa liderlərini zəif adlandırmış və Avropanın nə edəcəyini bilmədiyini demişdi.Dondurulmuş Rusiya aktivlərinin əsas hissəsi Avropa İttifaqında Belçikanın yurisdiksiyası altındadır. Beynəlxalq Valyuta Fondu bəyan edib ki, hazırda Belçikanın maliyyə sistemi risk altındadır və ölkə bu risklərin qarşısını almaq üçün addımlar atmalıdır. Bu isə faktiki olaraq Belçikanın Ukraynaya reparasiya krediti ayrılmasına ehtiyatla yanaşmasını dəstəkləyir.

Reparasiya krediti olmadan müttəfiqlər üçün gələn il Ukrayna büdcəsindəki kəsiri bağlamaq olduqca çətin olacaq. Eyni zamanda, dondurulmuş Rusiya aktivlərinin Ukraynanın dəstəklənməsi üçün istifadəsi Kiyevin sülh danışıqlarındakı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirə bilər.

İmran Kərimli