Finlandiyada ruslara məxsus təyyarələr müsadirə edilib

Finlandiyada ruslara məxsus təyyarələr müsadirə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiyanın hüquq-mühafizə orqanları rusiyalılara məxsus üç şəxsi təyyarəni müsadirə edib.

TİA.AZ  xarici KİV-ə istinadən xəbər verir ki, buna “Polar Aviation Oy” kompaniyasının idarə etdiyi təyyarələrin Avropa İttifaqı və ABŞ-ın sanksiya siyahısına salınmış Rusiya vətəndaşlarına aid olması, habelə onlar tərəfindən istifadə edilməsi ilə bağlı şübhələr səbəb olub.

Finlandiya kompaniyası sanksiya siyahısına daxil olan şəxslərə xidmət göstərmədiyini bildirib.

2022-ci ilin fevral ayından bəri Finlandiyanın hüquq-mühafizə orqanları Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində əmlak müsadirəsi üzrə 187 prosedur həyata keçirib. Müsadirə edilən aktivlərin dəyəri 191 milyon avro (təxminən 198 milyon dollar) həcmində qiymətləndirilir.