Finlandiyanın baş naziri Sanna Marin hökumətinin istefasını bu gün Finlandiya prezidenti Sauli Niinistöyə təqdim edib.
Tribuna.az TRTHaber-ə istinadən xəbər verir ki, Finlandiya hökumətindən verilən yazılı açıqlamaya görə, Niinistö Marinin istefasını qəbul edib və yeni hökumət qurulana qədər köhnə hökumətin müvəqqəti olaraq davam etməsini istəyib.
Bəyanata görə, müvəqqəti hökumət yalnız rutin və təxirəsalınmaz işlərlə məşğul olacaq.
Finlandiyada mühafizəkar Milli Koalisiya Partiyası 20,8 faiz, Həqiqi Finlər Partiyası 20,1 faiz, Marinin rəhbərlik etdiyi Sosial Demokrat Partiyası isə 19,9 faiz səs toplayıb.
Finlandiyada lider kimi seçkiləri başa vuran partiya hökuməti qurmaqda prioritetdir. Ölkəni idarə etmək üçün 200 yerlik parlamentdə 100-dən çox deputatdan ibarət koalisiya yaradılmalıdır.









