FIFA-nın DÇ-2022-dən əldə etdiyi gəlir açıqlanıb

FIFA-nın DÇ-2022-dən əldə etdiyi gəlir açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FIFA-nın Qətərdə keçirilən dünya çempionatında əldə etdiyi gəlir bəlli olub.

Tribuna.az-ın məlumatına görə, bu barədə ali futbol qurumunun prezidenti Canni İnfantino mətbuat konfransında açıqlama verib.

O bildirib ki, cari mundialdan qazanılan vəsait 10,5 milyard dollar təşkil edib: “Bu isə 4 il əvvəl Rusiyada təşkil olunmuş dünya çempionatındakı gəlirdən 1 milyard dollar çoxdur”.

Qeyd edək ki, DÇ-2022-yə dekabrın 18-də Argentina və Fransa yığmaları arasında keçiriləcək final oyunu ilə yekun vurulacaq. Dekabrın 17-də isə Xorvatiya və Mərakeş seçmələri 3-cü yer uğrunda matçda üz-üzə gələcəklər.