“Farah İnnovations” şirkəti 143 minlik tenderi uddu

“Farah İnnovations” şirkəti 143 minlik tenderi uddu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Konqres Mərkəzi video müşahidə kameraları ilə bağlı tenderin nəticələrini elan edib.
Tribuna.az FED.az-a istinadla xəbər verir ki, tenderin qalibi “Farah İnnovations” MMC (VÖEN: 2900114151) seçilib.

Şirkətlə dəyəri 143 146 manat məbləğində müqavilə imzalanıb.

Müqavilədə “Bakı Konqres Mərkəzi” MMC-nin binası və ərazisi üçün video müşahidənin tam təmin edilməsi məqsədi ilə əlavə video müşahidə kameraların və quraşdırılma işlərinin satınalınması nəzərdə tutulur.

“Farah İnnovations” MMC daha öncə Dövlət Neft Fondundan 2 891 222 manat dəyərində “Məlumat emalı infrastrukturu və mövcud “Bloomberg Trader” sistemlərinə aid avadanlıqların satın alınması” tenderini qazanıb (30.12.2022).