Eyfel qülləsi “balaladı” – FOTO

Eyfel qülləsi “balaladı” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Aprelin 1-də sakinlər Parisin simvolu olan Eyfel qülləsinə bənzər başqa bir qüllə görüb.
Yeni qüllə Eyfeldən 200 metr uzaqlıqda inşa edilib.
1 aprel üçün tikildiyi düşünülən qüllənin zarafat məqsədli olmadığı ortaya çıxıb.
Eyfela adı verilən qüllə, rəssam Filipp Maindron tərəfindən inşa edilib.
Eyfelin 10-da 1 hissəsini təşkil edən tikilinin aprelin 10-na qədər sərgilənəcəyi açıqlanıb.
Eyfelanın hündürlüyü 32 metrdir və 23 ton dəmirdən istifadə edilərək tikilib.
Qüllənin ətəyində yazılmış notda bu ifadələr yer alıb:
“Doğum elanı, adım Eyfeladır, 1 aprel 2023-cü il şənbə günü saat 07:25-də Parisdə anadan olmuşam. Boyum 32 metr, çəkim 23 tondur. Anam çox sevindi”.