“ERMƏNİSTANIN İSTƏKLƏRİ TƏMİN OLUNSA KTMT MİSSİYASINDAN DANIŞMAQ OLAR” – XANDANYAN

“ERMƏNİSTANIN İSTƏKLƏRİ TƏMİN OLUNSA KTMT MİSSİYASINDAN DANIŞMAQ OLAR” – XANDANYAN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan heç vaxt Ermənistanda KTMT-nin müşahidə missiyasını yerləşdirməkdən imtina etməyib, fakt odur ki, bu missiyanın yerləşdirilməli olduğu sənədə hələ də əlavələr edilir”.

Tribuna.az Armenpress-ə istinadən xəbər verir ki, bu sözləri Ermənistan Milli Assambleyasının Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarqis Xandanyan Milli Assambleyada jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

“Ermənistan KTMT-nin müşahidə missiyasını heç vaxt tərk etməyib, sadəcə olaraq belə bir missiyanın olması lazım olan sənəd hələ də yenilənmə mərhələsindədir. Bizim üçün vacib olan Ermənistan Respublikasının suveren ərazisi ilə bağlı faktiki baş verənləri, fikrimizcə, obyektiv təqdim etməliyik. Təbii ki, bu məqamları qəbul etmədən, vəziyyəti ətraflı qiymətləndirmədən missiyanın necə olması və bu missiyanın hansı regionda həyata keçirilməsini təsəvvür etmək çətin olacaq”, – deyə Xandanyan bildirib.

Beləliklə, Ermənistan heç vaxt bu missiyadan əl çəkməyib, Ermənistan problemin aydın şəkildə aradan qaldırılmasını istəyib və sənəd hələ də yenilənmə mərhələsindədir.

“Ermənistan rəsmi İrəvanın mövqelərini və istəklərini qane edən layihənin təqdim edildiyini görəndə, o zaman KTMT missiyasının yerləşdirilməsi barədə danışmaq mümkün olacaq”, – o deyib.