Ermənistan parlamentində Koçaryan və Sarkisyan dövründə həm İrəvanın, həm də Azərbaycanın silah alması ilə bağlı qalmaqal yaşanır.
Tribuna.az xəbər verir ki, mövzunun gündəmə gəlməsinin səbəbkarı Ermənistan parlamentinin vitse spiker Vahan Koncaryan olub.
Belə ki, o, Daşnaksütun Partiyası və Ermənistanın sabiq prezidenti Robert Koçaryana “Sizin hakimiyyət dövründə Azərbaycan 5 milyard dollarlıq silah aldı, amma siz heç bir addım atmadınız” deyib. O, bu hadisəni Ermənistanın məğlubiyyətinin əsası hesab edib.
“Haystan” blokundan deputat seçilmiş Tiqran Abramyan isə buna əks olaraq, Paşinyan hökumətini tənqid edib. “Paşinyan hakimiyyəti dövründə Azərbaycan çoxlu sayda silah və hərbi texnika qənimət kimi təhvil verilib. Məhv edilib. Siz hələ də danışırsınız?” bildirib.
Fərda Uğur









