Ermənistana neft məhsullarının növbəti partiyası – Sabah göndəriləcək

Ermənistana neft məhsullarının növbəti partiyası – Sabah göndəriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah Güzdək dəmiryol stansiyası və Bakı yük stansiyasından Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçiriləcək.

Tribuna.az xəbər verir ki, daşınması nəzərdə tutulan neft məhsullarına 1 000 ton 92 markalı benzin, 1 000 ton dizel yanacağı və 1 800 ton 95 markalı benzin daxildir.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb.

Qafqazinfo