Ermənistan Xarici Kəşfiyyat Xidməti 2026-cı il üçün ölkəni gözləyən risklərlə bağlı hesabat hazırlayıb.
Tribuna.az xəbər verir ki, hələlik hesabatın tam mətni təqdim edilməyib.
Lakin onun bəzi detallarını xidmət rəisi Kristin Qriqoryan açıqlayıb. O bildirib ki, əsas risklərdən biri Ermənistanda hakimiyyət dəyişikliyi və yeni qüvvələrin iqtidara gəlməsidir. O, xüsusən revanşistlərin cəmləşdiyi “Haystan” blokunun əsas təhlükə olduğunu qeyd edib. “Əgər “Haystan” bloku hakimiyyətə gələrsə və dediklərini edərsə, müharibə ehtimalı artacaq”.
Qeyd edək ki, “Haystan” bloku Ermənistanın sabiq prezidenti, Xocalı qatili Robert Koçaryanın başçılıq etdiyi siyasi qüvvədir. Mövcud şərtlərdə ölkə içində bu blokun reytinqi elə də yüksək deyil. Lakin situasiyanın hər an dəyişmə ehtimalları da var. Nəzərə alsaq ki, Koçaryan Rusiya tərəfindən dəstəklənir, bunun baş vermə ehtimalı daha da böyüyür.
Fərda Uğur









