ERMƏNİSTAN VƏ İRAN ARASINDA HƏRBİ-MÜDAFİƏ SAZİŞİ… “RƏSMİ BAKI VAŞİNQTONA ÇAĞIRIŞLAR ETMƏLİDİR” – ŞƏRH

ERMƏNİSTAN VƏ İRAN ARASINDA HƏRBİ-MÜDAFİƏ SAZİŞİ… “RƏSMİ BAKI VAŞİNQTONA ÇAĞIRIŞLAR ETMƏLİDİR” – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan və İran arasında hərbi- müdafiə sahəsində ümumi razılıq və sazişin imzalanamsı istiqamətində addımlar atılır. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İrana səfəri çərçivəsində bu ölkənin Təhlükəsizlik Şurasının katibi Əli Şaxmayi ilə görüşüb. İki ölkənin Təhlükəsizlik şurası katibliyi səviyəsində aparılan danışıqlarda Zəngəzur dəhlizi və Tehranın Ermənistana hərbi yardımı müzakirə edilib.

Tribuna.az xəbər verir ki, baş verənləri təhlil edən siyasi şərhçi Məhəmməd Əsədullazadənin sözlərinə görə, İranın Təhlükəsizlik Şurasının katibi birbaşa İranın ali dini rəhbəri S. Ə. Xamneiyə tabe olmasını nəzərə alsaq, demək ki, Azərbaycan əleyhinə və Ermənistanla hərbi-müdafiə və təhlükəsizlik sahəsində əməşdaşlığın inkişaf etdirilməsi S. Ə. Xamnei tərəfindən göstəriş verilib:

“İran Ermənistan arasında hərbi müdafiə və Təhlükəsizlik sahəsində memarandumların imzalanması, bu ölkədə İran SEPAH fəaliyyətinə icazə verilməsi gözlənilir. Tehranın əsas planı Ermənistanı Azərbaycanla sülh müqviləsinin imzalanmasından yayındırmaqdır.

Ermənistanın bu siyasəti ABŞ Cənubi Qafqazda regional siyasətinə ziddir. Yerevanın bu siyasəti İranın Cənubi Qafqazda geosiyasi mövqeyinin güclənməsinə xidmət edir.
Ötən ay ABŞ dövlət katibi Entoni Blinkenin Kongrensdə xarici əlaqələr komitəsində Cənubi Qafqazda İranın artan təzyiqlərinin qarşısını almaq və İranla Azərbaycan sərhəddinin uzunluğuna görə Azərbaycanı müdafiə etməyin lazımlı olduğunu vurğulamışdı. Belə olan təqdirdə ABŞ -ın dəstək verdiyi Ermənistan hakimiyyəti isə, İranın Azərbaycana qarşı fəaliyyətə keçməsi və regionda aktivləşməsi üçün sazişlər imzalayır. Rəsmi Bakı bu konteksdə Vaşinqtona çağrışlar etməli, Etmənistan və İran əlaqələrinin regionda sülhü təhdid etməsinə və ABŞ-ın regional siyasətinə qarşı olduğunu vurğulamalıdır.

Qeyd edim ki, İranın xarici işlər naziri ilə Azərbaycanın xarici işlər naziri iki gün ərzində telefon danışıqları aparıb. İki tərəfli danışıqlarda münasibətlərin normallaşdırılması və layihələrin icrası razılaşdırılıb. Tehranın Ermənistana verdiyi dəstək fonunda İran Azərbaycan əlaqələrinin normallaşması gözlənilmir”.