Ermənistan aprel ayında hərbi təxribatlara əl atması gözlənilir. Hindistan hərbiçiləri Zəngəzurda Ermənistanın yeni hərbi hissələrində yeni döyüş silahlarınin təlimini keçirirlər. Ermənistan yenidən təxribatlara əl atarsa, Azərbaycan Zəngəzur dəhlizini hərbi güclə açacaq.
Tribuna.az xəbər verir ki, bu fikirlərlə siyasi şərhçi Məhəmməd Əsədullazadə çıxış edib. O bildirib ki, yeni hərbi eskalasiya Ermənistanin biabırçı məğlubiyyəti və sülhə aparan bir proses ola bilər:
“Hazırda Ermənistan Baş naziri Nikol Paşinyan sülh müqaviləsində maraqlı deyil. Bəzən deyilir ki, Ermənistan təxribatlara getməz. Amma biz daima bunun şahidi olmuşuq. Ermənistan hakimiyyəti nə taktiki, nə də strateji ağıla sahibdir. Bu ölkənin təməl siyasəti Azərbaycanfobiyadır və bundan sonra da bu siyasət davam edəcək”.
Tribuna.az









