ERMƏNİSTAN KONSTİTUSİYASINA DƏYİŞİKLİK EDİR… PAŞİNYAN SÜLHƏ HAZIRLAŞIR?

ERMƏNİSTAN KONSTİTUSİYASINA DƏYİŞİKLİK EDİR… PAŞİNYAN SÜLHƏ HAZIRLAŞIR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Baş naziri Nikol Paşinyan aprel ayında Konustitusiya referendumu keçirməsini gündəliyə çıxarıb. Hazırda Ermənistan Respublikasının Konustitusiyasına uyğun olaraq Azərbaycanla sülh müqaviləsinin bağlanması və ölkəmizin ərazi bütövlüyünün tanınması “hüquqi” cəhətdən mümkün deyil. Yalnız baza sənədi imzalana bilər. Bu da ölkəmiz üçün Ermənistan kimi anti-Azərbaycan siyasətə malik bir ölkə ilə qeyri-mümkündür.

Tribuna.az-ın məlumatına görə, bu barədə fikir bildirən siyasi şərhçi Məhəmməd Əsədullazadənin fikrincə, Ermənistanın qüvvədə olan Konustitusiyasında Azərbaycana və Türkiyəyə ərazi iddiaları, xüsusilə Qarabağın bu ölkəyə birləşdirilməsi qeyd edilib:

“Belə olan təqdirdə sülhün əldə edilməsi hüquqi cəhətdən mümkün deyil.
Ermənistan Baş naziri Nikol Paşinyan deyir ki, onlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Amma Ermənistan Konustitusiyasinda bu belə deyil. Ermənistan tərəfi sülh müqaviləsində o zaman səmimi olacaq ki, referendumda Azərbaycana qarşı ərazi iddiaları özündə ehtiva edən bəndləri çıxaracaq.

Bundan əlavə, parlament respublikasını ləğv edib, prezident üsul-idarəsinə keçəcək. Bundan sonra növbədənkənar prezident seçkilərinə gedib prezident seçilərək mövqeyini möhkəmləndirilməsi istiqamətində islahatlar aparacaq. Ermənistan Konustitusiyasinda dəyişliklərlə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları çıxarılarsa, növbəti mərhələdə sülh müqaviləsinin bağlanmasına gediləcək. Ermənistanın konstitusiyada və hərbi doktrinada dəyişikliklərlə Rusiyanın bu ölkədə mövqeyinin güclənməsinin qarşısı alınacaq”.

M.Əsədullazadə bildirib ki, N. Paşinyanın ölkəsi daxilində islahatlar keçirməsi heç də Azərbaycana qarşı loyal münasibət ortaya qoymur:

“Ermənistan yeni təxribatlara əl ata bilər. Hazırkı hərbi hədəfi Cermux şəhərinin ətrafından Azərbaycan qoşunlarını geri atmaqdır. Buna gedərsə, Ermənistan ərazi itkilərinə məruz qalacaq. Çünki Cermux rayonun ətrafında yüksəkliklər Azərbaycan ərazisidir və şərti sərhədlər bu istiqamətdən başlayır”.