Ermənilər Meğridə yenidən azəraycanlı “axtarırlar”: Bu dəfə üç nəfəri

Ermənilər Meğridə yenidən azəraycanlı “axtarırlar”: Bu dəfə üç nəfəri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda nəşr olunan “Hraparak” qəzeti yenidən Zəngəzurda azərbaycanlı “tapıb”.

Tribuna.az xəbər verir ki, Şəki kəndində əsir götürülən azərbaycanlı hərbçidən sonra bu nəşr analoji xəbərləri mütəmadi olaraq tirajlayır.

Dünənki xəbərində isə iddia edib ki, guya, Zəngəzur bölgəsindəki icmalardan birindən xəbər alıblar. “Onlar deyiblər ki, üç azərbaycanlı bölgəyə sızıb. Dünən gecə ərzində dronlar Meğri icmasının bir hissəsi olan Kuris qəsəbəsində azərbaycanlıları axtarırdı. Sakinlərdən biri kəndlərində üç kişi görüb və onların azərbaycanlı olduğundan şübhələnərək polisə zəng edib”.

Ekspert Derenik Malxasyan isə hökumətə yönəlik sual ünvanlayıb: “Azərbaycanlılar yenidən Ermənistana giriblərmi?”

O daha sonra qeyd edib ki, əgər bu gün qabağı alınmasa, sabah minlərlər azərbaycanlı Ermənistana axın edəcək.

Fərda Uğur