Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinə Azərbaycanın erməni xalqına qarşı irqçi siyasət aparmasına dair təqdim edəcəyi “ciddi sübutlardan” biri kimi Əkrəm Əylislinin “The Guardianda” dərc olunmuş Azərbaycan tərəfindən erməni abidələrinin məhv edilməsinə dair cəfəng “Monumental itki: Azərbaycan və “21-ci ərsin ən pis mədəni soyqırımı” məqaləsi olacaq.
Tribuna.az yazır ki, bu fikirlərlə hüquq müdafiəçisi Sahib Məmmədov çıxış edib. O bildirib ki, həmin məqalədə göstərilirdi ki, guya Əylisli “…hələ 1997-ci ildə Prezidentə müraciət edərək xaçkarların məhvini “dəhşətli vandalizm” və “mənasız fəaliyyət” adlandırıb:
“Təssüf ki, onu dəstəkləyən nə qədər şərəfsiz var Azərbaycanda”.



