Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin yeni “Tayfun” ballistik raketinin olduğunu təsdiqləyib.
TİA.AZ xəbər verir ki, bu barədə TASS məlumat yayıb.Türkiyə dövlət başçısının sözlərinə görə, gizli sınaqlar oktyabrın 18-də həyata keçirilib.
“İndi bizdə “Tayfun” var və bu, bizim mesajımızdır. Biz bunu izləməkdən məmnunuq”, – deyə Ərdoğan bildirib.
Türkiyənin Roketsan şirkəti tərəfindən hazırlanmış raketin sınaqları Qara dəniz sahilində baş tutub.
Türkiyənin raket sınaqlarının digər təfərrüatları hələlik açıqlanmır.
“Bundan əvvəl Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Türkiyəyə “qırmızı xətləri” keçməmək barədə xəbərdarlıq edib. İki ölkə arasında münasibətlər yayın sonunda Ankaranın Afinanı kəşfiyyat missiyası zamanı türk təyyarələrinə S-300 sistemindən raket atmaqda ittiham etməsi ilə kəskinləşib”, – deyə TASS-ın xəbərində bildirilir.










