SEHAP-ın törəməsi olan “Hüseyniyyun” terror təşkilatı İran mediasına verdiyi müsahibədə 2018-ci ildə baş vermiş Gəncə hadisələrini öz üzərinə götürüb. Müsahibədən o da aydın olur ki, “Hüseyniyyun” terror təşkilatı Azərbaycanda daha geniş terror hadisəsinə hazırlaşır.
Tribuna.az yazır ki, bu barədə analitik Yeganə Hacıyeva bildirib. O qeyd edib ki, 2018-ci ildə Gəncə hadisələrini cəmiyyətə sosial əsaslarda spontan baş vermiş hadisə kimu təqdim edənlər vardı:
“Bir sıra hüquq müdafiəçiləri , media təsisatları , siyasilər, ekspertlər və s. Yunus Səfərovu qəhrəman , siyasi məhbus kimi təqdim edirdilər.
İndi çıxsınlar cəmiyyətə izah versinlər ki , onları “Hüseyniyyun”la nə bağlayır ?
Nəyin müqabilində , hansı əlaqələrə görə terror və terrorçunu cəmiyyətdə zərərçəkmiş kimi təqdim edib, onu müdafiə edirdilər?”.









