İran milli komandasının tarixində ən çox qol vurmuş veteran futbolçu Əli Daei dünya çempionatı üçün Qətərə getməyəcək. Buna səbəb isə İranda hal-hazırda baş verən hadisələrdir.
TİA.Az xəbər verir ki, o Qətərə getməyəcəyi ilə bağlı özünün instaqram səhifəsində paylaşım edib: “Salam, əziz və hörmətli həmvətənlilərim. Çoxumuzun özünü yaxşı hiss etmədiyi bu dönəmlərdə, mən Qətər Futbol Federasiyasının həyat yoldaşım və qızlarımla Dünya Çempionatına qatılmaq üçün rəsmi dəvətinə yox dedim.”
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. İran millisi İngiltərə, Uels və ABŞ milliləri ilə bir qrupda yer alıb.
Nihat Kərimli
TİA.Az










