Abituriyent və tələbələrin attestat və diplomlarının elektron verilməsi hamımızı həyəcanlandırmışdı. Düşünürdük ki, artıq bu sənədləri əvvəlki illərdə verildiyi vaxtdan daha tez müddətdə əldə etmək mümkün olacaq. Təəssüf ki, əksinə oldu.

Tribuna.az xəbər verir ki, bu barədə danışan ekspert Ramin Nurəliyev belə olmamalı idi:
“Elektron attestat sisteminə keçid şagirdlərin əvvəlki illərdə iyunun sonunda aldığı attestatı avqustun əvvəlində almaq məcburiyyəti gətirdi.
Bizim bildiyimiz elektronlaşdırılma daha tez müddətdə verilmə deməkdir.
Yəqin nazirliyin düşüncəsi tamam fərqlidir”.
Gülşən Rəsul









