Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Avropa Parlamentinin Cənubi Qafqazla bağlı mövqeyini tənqid edib.
Tribuna.az xəbər verir ki, bunu Hikmət Hacıyev Dubayda keçirilən Ərəb Media Sammitində “Euronews”un forum panelində deyib.
O bildirib ki, Azərbaycan sülhə nail olduqdan sonra belə dezinformasiya ilə üzləşməkdə davam edir:
“Belə qurumlardan biri Avropa Parlamentidir. O, həllin bir hissəsi deyil, problemin bir hissəsidir. Avropa Parlamenti regionda sülh gündəmini zəiflədən qətnamə və qərarlar qəbul edir. Biz regional sülh qurmaq prosesindəyik, lakin Avropa Parlamenti tamamilə fərqli gündəm həyata keçirir”.









