“Queen” qrupunun keçmiş basçısı Barri Mitçell 76 yaşında vəfat edib.
Tribuna.az xarici KİV-ə istinadən xəbər verir ki, musiqiçinin ölümünü əvvəlcə The Sun yazıb, daha sonra məlumat qrupun nümayəndəsi tərəfindən təsdiqlənib.
Mitçell “Queen” tarixində ikinci bas gitarist olub. O, 1970-ci ilin avqustundan 1971-ci ilin yanvarına qədər qrupla əməkdaşlıq edib. Daha sonra kollektivə Con Dikon qoşulub.
Barri Mitçell “Queen”in ilk dövründə cəmi 13 konsertdə çıxış edib. Onun qrupun “Liar” və “Son And Daughter” mahnılarının bas partiyalarının hazırlanmasında iştirak etdiyi bildirilir.
Musiqiçinin ölüm səbəbi hələlik açıqlanmayıb.
Qeyd edək ki, Mitçell “Queen”in dünya şöhrətli heyətində uzun müddət yer almasa da, qrupun formalaşmasının ilk mərhələsində iştirak edən musiqiçilərdən biri olub.
İmran Kərimli









