Dünyanın ən varlı blogeri evləndi

Dünyanın ən varlı blogeri evləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyaca məşhur yutuber “MrBeast” (əsl adı Cimmi Donaldson) sevgilisi, kontent yaradıcısı Tee Buysen ilə ailə həyatı qurub.

Tribuna.az xəbər verir ki, cütlüyün toy mərasimi yaxın çevrənin iştirakı ilə baş tutub. Təxminən 70 qonağın qatıldığı tədbirdə cütlük bir həftə ərzində istirahət və müxtəlif əyləncələr təşkil edib.

“MrBeast” toyun ictimaiyyət üçün deyil, yalnız ailə və yaxın dostları ilə keçirilməsini istədiyini bildirib. Buna görə də mərasimdə çəkiliş qrupu olmayıb, yalnız peşəkar fotoqraf iştirak edib.