DÜNYANIN ƏN HÜNDÜR QÜLLƏSİNDƏN İRANA ETİRAZ… – FOTO

DÜNYANIN ƏN HÜNDÜR QÜLLƏSİNDƏN İRANA ETİRAZ… – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda davam edən edamlara etiraz olaraq Fransanın dünyaca məşhur Eyfel qülləsində “İranda edamlara son qoyulsun” şüarları əks olunub.

Tribuna.az Türkiyə mediasına istinadən xəbər verir ki, İranda Mahsa Əmini etirazlarında iştiraka görə edama məhkum edilənlərin sayı günü-gündən artarkən, Paris Bələdiyyəsi iranlı nümayişçilərə dəstək verib.

Paris Bələdiyyəsi açıqlamasında bildirib ki, edamlara baxmayaraq hələ də etiraz edən, küçələrə çıxanlara dəstək vermək üçün belə addım atıblar. Qüllə üzərində şüarlar dünəndən etibarən nümayiş etdirilməyə başlanıb. Bunun hələ iki gün də davam etdiriləcəyi bildirilir.