“Azərbaycanın 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri və xərcləri 53,278 milyon manat artırılır. Bu isə o deməkdir ki, öncə nəzərdə tutulmuş dövlət büdcəsinin kəsr hissəsində heç bir dəyişiklik olmur”.
Bunu Tribuna.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, növbəti il üçün proqnozlaşdırılan büdcədə 53 milyon manat artım olması, xərclərin də eyni qədər artmasına imkan verir:
“Təbii ki, bu şəraitdə bu, müsbət haldır. Çünki bilirik ki, işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma işləri davam etdirilir. Bu, kifayət qədər böyük maliyyə vəsaiti tələb edir. Eləcə də biz bu ərazilərdə təhlükəsizliyinin təmin olunması üçün əlavə vəsaitlərə ehtiyac duyulur. Digər bir bir istiqamət isə əhalinin sosial cəhətdən həssas təbəqəsinin bir növ dayanıqlılığının təmin edilməsi məqsədilə büdcədən kifayət qədər vəsait sərf edilir. Bütün bunlar ayrılmış 53 milyon üçün ciddi səbəbdir”
Qeyd edəki ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili qurumun bu gün keçirilən iclasında bildirilib ki, yenilənmiş layihədə büdcə gəlirləri 30 720,7 milyon manatdan 30 773,978 milyon manata, büdcə xərcləri isə 33 300 milyon manatdan 33 353,278 milyon manata çatdırılıb.
Tribuna.az









