DİN və DSX əməliyyat keçirdi – İran vətəndaşları saxlanıldı

DİN və DSX əməliyyat keçirdi – İran vətəndaşları saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidməti (DİN) əməkdaşlarının birgə keçirdikləri əməliyyatla İran vətəndaşları saxlanılıb.

DİN-in Mətbuat xidmətindən  verilən məlumata görə, dekabrın 9-da İranın Germi şəhər sakinləri Bədəli Reza İsa oğlu və Qafarzadə Mehdi Murtaza oğlu sərhəddən külli miqdarda narkotik keçirmək istəyiblər. Onların üzərində olan bağlamaya baxış keçirilərkən 5 kiloqram marixuana, 360 ədəd psixotrop maddə olan pregabiox həbi, 100 ədəd actopentin həbi, 60 qram kokain və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Faktla əlaqədar müvafiq araşdırmalar aparılır.