Deputatların sayı azaldılsın.
Tribuna.az xəbər verir ki, bu təkliflə deputatların sayı ilə bağlı müzakirələrə qoşulan hüquqşünas Əkrəm Həsənov deyib. O bildirib ki, deputatların sayı heç olmasa 25-dək (15-dək də olar) endirilsin:
“Bununla həm dövlət büdcəsi (maaş, ezamiyyə və s.), həm də Dövlət Sosial Müdafiə Fondu (pensiyalar) xeyli qənaət etmiş olar. Az saylı deputatlara o boyda bina da lazım olmayacaq. Onlara, məsələn, “Port Baku”da bir mərtəbə ayırmaq olar icarə hüququ ilə. İndiki binadan isə daha səmərəli istifadə etmək olar.
İki təklifim var. İdealist təklifim: oranı parlamentarimz muzeyi etmək olar.
Materialist təklifim: yerində çoxmərtəbəli yaşayış binası və ticarət mərkəzi tikmək olar”.
Gelşən Rəsul









